“Barsa”nın baş məşqçisi postunu tərk edə bilər

İdman

02.07.2020 - 14:58

Onun taleyi klubunun çempionat nəticələrindən asılıdır

 

"Barselona"nın baş məşqçisi Kike Setiendən klub rəhbərliyi və futbolçular narazıdırlar. AYNA xəbər verir ki, bu barədəm “Marca” nəşri yazıb. Məlumatda qeyd olunur ki, yaxın vaxtlarda o, “Barsa”nın baş məşqçisi postunu tərk edə bilər. Onun taleyi klubunun çempionat nəticələrindən asılıdır.

 

Baş məşqçidən əksər futbolçuların da narazı olduğu qeyd edilir. Xüsusilə, kataloniyalıların fransalı forvardı Antuan Qrizmann onun məşqçiliyindən narazıdır.

 

Qeyd edək ki, “Barselona” İspaniya La Liqasında ardıcıl iki oyundur qələbə qazana bilmir. Kataloniyalılar "Selta" və Madrid "Atletiko"su ilə iki heç-heçə oynayıblar. Hazırda klub liqada ikinci yeri tutur və Madrid “Real”ından bir xal geri qalır.

 

Xatırladaq ki, Setien bu ilin yanvarında “Barsa”nın baş məşqçisi təyin edilib. O bu vəzifədə Ernesto Valverdeni əvəz edib. 

Müəllif: Ayna.az