Çempionat qeyri-müəyyən müddətədək təxirə salınıb
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Rusiya Premyer Liqasında fasilə müddəti uzadılıb.
AYNA-nın "Report"a istinadən məlumatına görə, aprelin 30-da bərpası nəzərdə tutulan yerli çempionat qeyri-müəyyən müddətədək təxirə salınıb.
Bildirilib ki, yaxın vaxtlarda yerli hökumət və Rusiya Futbol İttifaqı Premyer Liqanın bərpa olub-olmayacağı ilə bağlı qərar verməlidir.
Qeyd edək ki, Rusiya Premyer Liqası martın 17-də dayandırılıb.