"Yuventus" İtaliya kubokunun 1/4 finalına çıxdı

İdman

16.01.2020 - 04:33

Matçda birinci qol 16-cı dəqiqədə vurulub

 

"Yuventus" "Udineze"ni darmadağın edərək İtaliya kubokunun 1/4 finalına çıxıb. 

 

AYNA xəbər verir ki, qarşılaşma "Yuventus"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.  

 

“Yuventus” azakeşlərini Qonsalo İquain, Paulo Dibala (dubl ilə) və Duqlas Kosta sevindiriblər.  

 

Matçda birinci qol 16-cı dəqiqədə vurulub. Paulo Dibalanın ötürməsindən sonra Qonsalo İquain qonaqları məyus edib.10 dəqiqə sonra Dibala özü penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 57-ci dəqiqəsində o, növbəti dəfə fərqlənib.

 

Görüşdə son nöqtəni Duqlas Kosta qoyub. Braziliyalı 61-ci dəqiqədə daha bir 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

 

"Yuventus" bu qələbə ilə İtaliya Kubokunun 1/4 finalına adlayıb. Daha əvvəl yarışın ən yaxşı komandalarından "Napoli", "Latsio", "Fiorentina", "İnter", "Milan" və "Torino" rəqiblərini üstələyərək 1/4 finala çıxıblar.

Müəllif: Ayna.az