Azərbaycanlı alim vəfat etdi

Xəbərlər

03.05.2020 - 23:46

Tofiq Hüseynoğlu Moskvada dünyasını dəyişib

 

Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının keçmiş müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu Moskvada vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə professor Vaqif Sultanlı məlumat yayıb: “Geniş dünyagörüşlü, dərin mütaliəli fikir sahibi olmaqla yanaşı, gözəl, mənəviyyatca saf insan idi. Bir çoxları kimi mənim də müəllimim olmuşdu. Sonra uzun müddət bir kafedrada çalışmışdıq. Yalnız tələbəlikdə deyil, sonrakı illərdə də onu özümə müəllim bilmişəm”.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az