Azərbaycanın paragüllə atıcısı Serbiyada qızıl medal qazanıb

İdman

28.08.2025 - 22:01

Təmsilçimiz 236.9 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyada keçirilən Novi Sad Qran-prisində qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən AYNA.AZ-a verilən məlumata görə, o, 10 metr məsafədən (P1) atəş açmada uğurlu olub.

Azərbaycan təmsilçisi 236.9 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş