Pandemiya səbəbindən yarış hazırlıqlarına ara verilib, bütün proqram dəyişdirilib
Daha bir beynəlxalq yarış koronavirus böhranına görə təxirə salınıb.
AYNA BBC-yə istinadən xəbər verir ki, gələn ilin yay ayları üçün planlaşdırılan qadın futbolu üzrə Avropa çempionatı 2022-ci ilin yayına keçirilib.
Yarış iki il sonra elə eyni tarixlərdə, iyulun 6-31 tarixlərində baş tutacaq.
Pandemiya səbəbindən yarış hazırlıqlarına ara verilib, bütün proqram dəyişdirilib.
Çempionatın iki il sonraya təxirə salınmasının səbəbi gələn il üçün vaxtı dəyişmiş Tokio Olimpiya Oyunları ilə üst-üstə düşməməsi ilə bağlıdır.