Halk Çin klubundan ayrılıb

İdman

08.12.2020 - 05:28

Halk “Şanxay Şanqan” klubuna 2016-cı ildə Rusiya “Zenit”indən keçib

 

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Halk Çinin “Şanxay Şanqan” klubundan ayrılıb.

 

AYNA xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

O, bu komandada keçirdiyi 4 mövsümə görə rəhbərliyə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Halk “Şanxay Şanqan” klubuna 2016-cı ildə Rusiya “Zenit”indən keçib. O, Asiya təmsilçisinin heyətində ölkə çempionatının və superkubokunun qalibi olub.

Müəllif: Ayna.az