Yük qatarı Gürcüstan vasitəsilə Ermənistana çatıb
Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyası Ermənistana çatıb. AYNA.AZ xəbər verir ki, Ermənistana çatan ilk qatarın görüntüləri yayılıb.
Qeyd edək ki, dekabrın 19-da gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb. Daha sonra yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.