Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?

İqtisadiyyat

24.10.2019 - 10:48

"Yeni struktur üçün mühim addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsi olmalıdır".

 

AYNA xəbər verir ki, bunu iqtisadçı-ekpsert Vüqar Bayramov bildirib.

 

"Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır. 22 ildir danışıqlar gedir, amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvülüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim etmişik. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb", - deyə ekspert qeyd edib.

Картинки по запросу Vüqar bayramov

V.Bayramovun sözlərinə görə, Azərbaycan ÜTT-ə üzv olmasa, qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq: "ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı. Bu məsələlərə CESD dəfələrlər izahatlar gətirdiyindən yenidən detal müzakirə açmaq istəməzdik".

 

"On doqquz ildir bu təşkilata üzv olan Gürcüstanda bəyəm aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tbilisidə bank hesabı açıblar. Buna görə də, yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan. Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?", - deyə iqtisadçı vurğulayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə