Azərbaycanda son statistika: Yoluxma sayı azalır, ölüm faktı qeydə alınmayıb

Xəbərlər

17.06.2021 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8162 test aparılıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, indiyədək ölkədə ümumilikdə 335339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1189 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8162, ötən müddət ərzində isə ümumilikdə 3653074 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş