Azərbaycanda son gündə 32 nəfər koronavirusdan vəfat edib

Cəmiyyət

23.08.2021 - 20:20

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb, 1 027 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 394 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 346 810 nəfər müalicə olunaraq sağalıb, 5 340 nəfər vəfat edib. 42 301 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 079, bu günə qədər isə ümumilikdə 4 329 920 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş