Azərbaycanda şagirdlərin yerdəyişməsi dayandırılır

Cəmiyyət

11.09.2021 - 09:53

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyi şagirdlərin yerdəyişməsi ilə bağlı məlumat yayıb 

Sentyabr 12-si saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş