Hazırda 44 nəfər isə süni tənəffüs cihazına qoşuludur
Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 520 nəfər test edilib. TƏBİB-dən AYNA-ya verilən məlumata görə, indiyədək ölkədə 812 033 nəfər koronavirusa qarşı test edilib. Ölkədə son sutka ərzində 91 yeni yoluxma, 3 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 33 915 nəfər virusa yoluxub, 500 nəfər ölüb, 31 269 nəfər isə sağalıb. Son sutka ərzində 211 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 2 146 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 213 nəfər müalicə alır, 44 nəfər isə süni tənəffüs cihazına qoşulub.