Azərbaycanda modul tipli məktəblər quraşdırılacaq

Cəmiyyət

06.05.2020 - 16:40

Həkimlər Klinikalar SEO Xidməti

Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Azərbaycanda təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş on milyon manat Təhsil Nazirliyinə ayrılıb.

 

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş