Azərbaycanda 50 nəfərə yaxın insan xəstəxanalıq olub

Cəmiyyət

05.07.2019 - 22:25

Mövsümlə əlaqədar olaraq ilan sacmalarının sayı artıb

 

Artıq yayın ilk ayını geridə qoymuşuq. Həm mövsümlə, həm də havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ilan, əqrəb, arı və zəhərli böcəklərin sancması, həmçinin zəhərlənmələrin sayı artıb.

 

AYNA-nın əməkdaşı bu şikayətlərlə bağlı xəstəxanalara müraciət edənlərin dəqiq statistikasını öyrənməyə çalışıb.

 

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib ki, aprel ayından indiyə qədər onlara 41 nəfər ilan sancmasına görə müraciət edib: “Ondan başqa, 7 nəfər əqrəb, 1 nəfər isə qara qurd sancmasından müraciət edib. Müraciət edənlərin hər birinə tibbi yardım göstərilib, zəhər əleyhinə zərdablar vurulub və evə buraxılıblar. İki nəfər isə bizdən arı sancması ilə bağlı məsləhət alıb”.

Картинки по запросу Azər maqsudov

A.Maqsudov onu da vurğulayıb ki, əvvəlki illərə nisbətən, bu il müraciətlərin əksəriyyəti rayonlardan olub: “Daha çox Hacıqabul, Şirvan, Yevlax, Qəbələ, Şəmkir, Gəncə, Şamaxı rayonlarından zəhərli sürünən və həşərat sancması ilə müraciət ediblər. Müracitələrin heç birində ölüm hadisəsi qeydə alınmayıb”.

 

Baş həkim onu da qeyd edib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 4 nəfər də sirkə turşusundan zəhərlənmiş şəxs gətirilib: “On bir nəfər isə allergik reaksiya ilə bağlı müraciət edib. Müraciətlərin hamısı Bakıdan daxil olub. Onların hər birinə lazımi tibbi yardımlar göstərilib. Həyati təhlükələri aradan qalxdıqdan sonra evə buraxılıblar”.  

Müəllif: Ayna.az