Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA

Cəmiyyət

29.07.2022 - 18:28

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirusa 373 yeni yoluxma qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 2 nəfər vəfat edib.

Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9 746 nəfər vəfat edib, aktiv xəstə sayı 2 209 nəfərdir.

Ölkədə son sutka ərzində 2 847, hazırkı dövrədək isə 7 039 346 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş