Özünü reklam edən sürücülər cərimələnə bilər - <font color=red> Az məbləğ də deyil</font>

Cəmiyyət

07.10.2019 - 19:07

“Hətta “Instagram” loqosu ilə adın yazılması həmin sosial şəbəkənin reklamı sayıla bilər"

 

Son zamanlar sürücülər arasında yeni dəb düşüb. Belə ki, bəzi sürücülər öz adlarını və ya “Instagram” hesablarını avtomobillərinin üzərinə xüsusi hərflərlə yazdırırlar. Belə avtomobillərin sayı şəhərdə günü-gündən artır. Və bu hal da digər sürücülərin diqqətinin yayınmasına səbəb olur.

 

Maraqlıdır, qanun buna icazə verirmi?

Картинки по запросу Vaqif Əsədov

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov AYNA-ya açıqlamasında bildirdi ki, bu cür halla rastlaşmayıb ona görə dəqiq məlumat verə bilməz: “Amma avtomobillərin üzərində vurulan reklamlar mütləq qeydiyyata alınmalıdır. Əks halda icazəsiz reklam yerləşdirilmə qayda pozuntusudur və buna görə cəza tətbiq edilir. İstər ad-soyad yazılsın, istərsə də əlaqə nömrəsi olsun, reklam məqsədi ilə edilirsə, sürücü icazə almalıdır”.

 

Yol-nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, qanunda bununla bağlı konkret qadağa yoxdur: “Əgər avtomobilin görünüşünü dəyişmirsə, hər hansı əlavə avadanlıq avtomobilə quraşdırılmırsa, bunu qadağan etmək də düzgün deyil. Bu, həm də sosial şəbəkə hesabı olduğu üçün reklam sayılmır. Axı bu, hansısa şirkətin və ya məhsulun reklamı deyil, sosial şəbəkə ünvanıdır”.

Картинки по запросу elməddin muradlı

“Belə sürücülər qayda pozmağa meylli şəxslərdir. “Instagram”da belə sürücülərlə tez-tez rastlaşıram. Onlar öz videolarını sosial şəbəkələrdə paylaşırlar. Onlar, gec-tez özlərini bu cür vasitələrlə ələ verəcəklər. Bir gün xüsusi polis əməkdaşları ayrılacaq və belə profillər araşdırılacaq. Nəticədə də həmin sürücülər çəkdikləri videolar əsasında çox ciddi şəkildə cəzalanacaqlar”, - deyə ekspert əlavə etdi.

 

E.Muradlının fikrincə, həmin sürücülər avtomobilin üzərinə düşündürücü şüarlar yazsalar, daha maraqlı olardı.

Картинки по запросу Azər Allahverənov

Yol-nəqliyyat eksperti Azər Allahverənov deyir ki, istər “Instagram”, istər digər sosial şəbəkə hesablarının avtomobil üzərində yapışdırılması sual doğurur: “Maraqlıdır, hansı məqsədlə həmin yazı avtomobilin üzərində yerləşdirilib. Yəqin ki, həmin şəxslər abunəçilərinin sayını artırmaq istəyirlər. Bunda da kommersiya məqsədləri var. İzləyicisi çox olanda şirkətlər onların profilində reklam yerləşdirir  və nəticədə həmin şəxslər profillərindən pul qazanırlar. Ona görə də məhz bu yazıları mən reklam kimi qəbul edirəm. Amma yenə də buna adiyyəti qurumlar cavab versə, daha yaxşı olar. Çünki Avtomobil üzərində reklam xarakterli yazıların yapışdırılması zamanı 50 manat cəza tətbiq olunur”.

 

“Hətta “Instagram” loqosu ilə adın yazılması həmin sosial şəbəkənin reklamı sayıla bilər. Adiyyəti üzrə strukturlar buna hüquqi qiymət verməlidilər”, - deyə ekspert vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva