Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA

Cəmiyyət

01.11.2021 - 19:11

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 532 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 nəfər vəfat edib. 30 116 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 161, bu günə qədər isə ümumilikdə 5 202 697 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş