Azərbaycanda koronavirusdan daha 4 nəfər öldü, 387 yeni yoluxma

Xəbərlər

14.06.2020 - 19:21

cedabet dərman SEO Xidməti

274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

 

Azərbaycanda koronavirus infeksiyasına 387 yeni yoluxma faktı qeydə alınıb. 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6087 , ötən müddət ərzində isə ümumilikdə 381846 test aparılıb.

Azərbaycanda daha 387 nəfərdə COVID-19 aşkarlanıb, 4 nəfər vəfat edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş