Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

Cəmiyyət

26.07.2020 - 08:22

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan ölən həkimlərin sayı 30 nəfərə çatıb

 

Azərbaycanda daha bir həkim təhlükəli COVID-19 infeksiyasının qurbanı olub.

 

AYNA-nın “Report“a istinadən məlumatına görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Zərifə Səfərova koronavirusdan vəfat edib. Z.Səfərovada bir neçə gün əvvəl koronavirusa yoluxma aşkarlanıb.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 30 nəfərə çatıb. Daha bir azərbaycanlı həkim də ölkədən kənarda COVID-19-un qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş