Azərbaycanda daha 549 nəfər koronavirusa yoluxub

Cəmiyyət

16.08.2022 - 23:53

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda son gündə 549 nəfər koronavirusa yoluxub. Bu barədə AYNA-ya  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 535 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb.

Ölkədə bu günədək ümumilikdə 805 762 nəfər koronavirusa yoluxub. Onlardan 792 765 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 220 nəfərdir.

Son gün ərzində 4372, hazırkı dövrədək isə 7 101 524 test aparılıb.

Müəllif: Ayna.az