Azərbaycanda daha 34 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

11.09.2021 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 511 nəfər müalicə olunaraq sağalıb, 6 065 nəfər vəfat edib, aktiv xəstə sayı 45 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 215, ötən müddət ərzində isə ümumilikdə 4 639 460 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş