Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

13.07.2021 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 371-dir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 784 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 413 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 159 298, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 494 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 664 747 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş