Azərbaycanda COVID-19-a yoluxma sayı açıqlanıb

Aktual

30.08.2021 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 3107 nəfər COVID-19-a yoluxub, 39 nəfər ölüb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib, aktiv xəstə sayı 52 613 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, ötən müddət ərzində isə ümumilikdə 4 442 244 test aparılıb.

Azərbaycanda son sutkada 3107 nəfər COVID-19-a yoluxub, 39 nəfər ölüb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş