Rusiya Prezidenti: “Döyüşlər Ermənistan ərazisində getmir”
Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına verdiyi müsahibədə Ermənistanla Azərbaycan arasında şiddətli döyüşləri şərh edib.
AYNA-nın xəbərinə görə, Rusiya lideri deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, Rusiyanın bu münaqişəyə hərbi müdaxilə edə bilməz: “Bəli, KTMT razılaşması çərçivəsində Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Döyüşlər hələ də davam edir. Amma döyüş Ermənistan ərazisində getmir”.