Azərbaycanda bir gündə 41 mindən çox şəxsə vaksin vurulub

Xəbərlər

14.07.2021 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 696 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 474 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 200 994, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 512 773, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 688 221 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş