Azərbaycanda 474 min 607 nəfər peyvənd olunub

Xəbərlər

19.03.2021 - 12:26

Son sutkada 18 min 996 nəfər vaksinasiya edilib

 

Ötən gün Azərbaycanda 18 min 996 nəfər koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

 

AYNA Koronavirusinfo.az saytına istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 474 min 607 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

 

Vaksinasiya respublikamızın bütün rayonlarında davam edir.

Müəllif: Ayna.az