Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb - <font color=red> VİDEO</font>

Xəbərlər

02.09.2021 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

 

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş