Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub

Xəbərlər

26.12.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Aktauda baş verən təyyarə qəzası ilə bağlı müzakirələr aparıblar

Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, Murat Nurtleu "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.

Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.

Ceyhun Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.

Qeyd edək ki, hadisə nəticəsinə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş