A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Azərbaycan Rotterdam Konvensiyasına qoşulub - Ayna.az

Azərbaycan Rotterdam Konvensiyasına qoşulub

Xəbərlər

29.10.2025 - 16:29

Prezident İlham Əliyev Qanunu imzalayıb

Azərbaycan Respublikası 1998-ci il sentyabrın 10-da Rotterdam şəhərində imzalanmış “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub. AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Prezidentin bununla bağlı müvafiq Sərəncamına görə isə “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş