Sülh sazişinin imzalanması mərasimi olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
AYNA.AZ xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamlayıb.
Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamlayıb.
Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdiriblər.
Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.
Sonra sülh sazişinin imzalanması mərasimi olub.