Azərbaycan neftinin qiyməti 45 dolları keçib

Xəbərlər

17.07.2020 - 10:57

cedabet dərman SEO Xidməti

Dünya birjalarında isə neftin qiyməti ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar geriləyərək 43,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 40,71 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 45,06 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş