Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

29.05.2026 - 15:55

“Azeri Light” 100 dollardan baha satılır

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb. AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin etalon markası olan “Azeri Light” neftinin bir barelinin qiyməti 100,57 ABŞ dolları təşkil edib. Bu isə əvvəlki qiymətlə müqayisədə 1,73 dollar və ya 1,69% azdır.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki ticarət qiyməti 102,30 dollar təşkil edib.

Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində Azərbaycan neftinin orta qiyməti 65 dollar müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş