Azərbaycan neftinin qiyməti 50 dollara düşüb

İqtisadiyyat

22.12.2020 - 10:56

Dünya birjalarında neft qiymətləri ucuzlaşır

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar geriləyərək 49,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,36 dollar ucuzlaşaraq 47,74 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,89 dollar ucuzlaşaraq 50,90 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az