Həsən Nəzərlinin əvəzinə Mehdi Mütəllimli U-19-a dəvət alıb
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
AFFA-dan AYNA.AZa bildirilib ki, Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.
Qeyd edək ki, komanda U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.