Qərarın səbəbi ilə bağlı məlumat verilməyib
Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinin sədri, 56 yaşlı İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
Onun ölkədən deportasiya ediləcəyi bildirilir.
Məlumata görə bu, regional Daxili İşlər Departamenti və FSB-nin Ulyanovsk vilayəti üzrə idarəsinin birgə qərarı olub. Qərarın səbəbi ilə bağlı məlumat verilməyib.