AZAL Rusiyanın 7 şəhərinə uçuşları dayandırıb - RƏSMİ

Xəbərlər

27.12.2024 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

“Dekabrın 28-dən istintaq başa çatana qədər uçuşlar dayandırılır”

“Azərbaycan Hava Yolları” (AZAL) Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb. AYNA xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidmətinin açıqlamasında bildirilib.

“Dekabrın 25-də baş vermiş “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan təhqiqatın ilkin məlumatları, habelə uçuşların təhlükəsizliyi üçün potensial riskləri nəzərə alaraq, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı və Mahaçqalaya uçuşlar həyata keçirilməyəcək. Dekabrın 28-dən istintaq başa çatana qədər uçuşlar dayandırılır”, - məlumatda qeyd olunub.

“Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlərə bileti olan sərnişinlər biletlərin tam geri qaytarılması və ya pulsuz dəyişdirilməsi hüququna malikdirlər. Eyni zamanda, aviaşirkət uçuş təhlükəsizliyinin bütün tələb və qaydalarını rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirskə uçuşları davam etdirəcək”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş