AZAL Dubaydan çarter reysi yerinə yetirib

Xəbərlər

15.07.2020 - 12:13

Bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır

 

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırılıb. Bu barədə AYNA-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

 

“Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az