“Axios”: Netanyahu Baydeni ABŞ-ın istəklərinə qulaq asmamaqla məyus edir

Dünya

15.01.2024 - 10:42

cedabet dərman SEO Xidməti

Amerikalə rəsmi: “Vəziyyət pisdir, ilişib qalmışıq”

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydeni Vaşinqtonun Qəzza zolağında hərbi əməliyyat keçirməmək istəyinə məhəl qoymaması ilə məyus edir. AYNA bildirir ki, bu barədə “Axios” adı açıqlanmayan amerikalı rəsmilərə istinadən xəbər verir.

Rəsminin dediyinə görə, Baydenin səbri tükənmək üzrədir: “Vəziyyət pisdir, ilişib qalmışıq”.

Amerikalı qeyd edib ki, İsrail tərəfi Fələstin hökumətinə işinin maliyyələşdirilməsinin asılı olduğu dondurulmuş vergi gəlirlərinə çıxış imkanı verməyə razı deyil. Bundan əlavə, Vaşinqton Təl-Əvivi də Qəzzaya humanitar yardımın çatdırılmasına dəstək verməyə çağırır.

“Axios” daha əvvəl yazmışdı ki, Baydenin Netanyahu ilə Fələstin Milli Administrasiyası daxilində Qəzza zolağının maliyyələşdirilməsinin bərpası məsələsi ilə bağlı telefon danışığı ABŞ lideri üçün ən çətin və gərgin danışıqlardan biri olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş