Odlu silahlar toplandıqdan sonra federal polis onların utilizasiyası ilə məşğul olacaq
Avstraliya hökuməti odlu silahların geri alınması proqramını başladacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Entoni Albanese deyib.
O hökumət tərəfindən maliyyələşdirilən ən böyük silahların geri alınması proqramının milli odlu silah qanunvericiliyinə düzəlişlərin qəbul edilməsindən sonra həyata keçiriləcəyini bildirib.
"Hökumət bunu ştatlar və ərazilərlə 50:50 nisbətində maliyyələşdirəcək, lakin təhvil verilmiş odlu silahların toplanması, emalı və şəxslərə ödənilməsi birbaşa regionlar tərəfindən həyata keçiriləcək", - deyə o bildirib.
Albanese həmçinin aydınlaşdırıb ki, odlu silahlar toplandıqdan sonra federal polis onların utilizasiyası ilə məşğul olacaq.