Yoluxanlardan dördü yetkin şəxs, biri isə uşaqdır
Fransada daha beş yeni növ koronavirusa yoluxma halı təsdiqlənib.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ölkənin Sosial Məsələlər və Səhiyyə naziri Anyes Byuzen məlumat verib.
Onun sözlərinə görə, yoluxanlardan dördü yetkin şəxs, biri isə uşaqdır.
Fransada yoluxanların ümumi sayı 11-ə çatıb.