Avropada sığınacaq istəyən suriyalıların sayı azalıb

Dünya

14.09.2025 - 21:03

“Son 3 ayda isə ölkələrinə qayıdan suriyalıların sayı artıb”

2025-ci ilin birinci yarısında Avropa İttifaqı (Aİ), İsveç və Norveçdə sığınacaq üçün müraciət edənlərin sayı 25 faiz azalıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ-nin Sığınacaq Agentliyi məlumat yayıb.

Bu azalmanı Suriyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə izah edilir.

“Son 10 ildə Avropadan sığınacaq istəyənlərin arasında ilk yerdə suriyalılar gəlib. Lakin bu il qitədə sığınacaq müraciəti edən Suriya vətəndaşlarının sayı yarıbayarı azalıb. Son 3 ayda isə ölkələrinə qayıdan suriyalıların sayı artıb”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş