Avropa Komissiyası “Red Bull” şirkətinə qarşı rəqabət qaydalarını pozduğuna görə araşdırma başladıb.
Avropa Komissiyası “Red Bull” şirkətinə qarşı araşdırma başladıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, enerji içkisi istehsalçısı dominant bazar mövqeyindən istifadə edərək rəqiblərini sıxışdırmaqda ittiham olunur.
Şirkətin 250 ml-dən (Red Bull qutusunun standart ölçüsü) böyük enerji içkilərinin satışını məhdudlaşdırmağa cəhd etdiyi bildirilir. Bu, içkilərini 449 ml və 500 ml formatda satan “Monster Energy” kimi əsas rəqiblərinə zərər verə bilər.
"Biz bu cür təcrübələrin Avropa istehlakçıları üçün daha yüksək qiymətlərə və seçim imkanlarının azalmasına səbəb olub-olmadığını bilmək istəyirik", - deyə Avropa İttifaqının Rəqabət Komissarı Tereza Ribera bildirib.
"Bu araşdırma, Komissiyanın qida istehsalçılarını Avropa istehlakçılarının xeyrinə ədalətli rəqabət qaydalarına riayət etməyə məcbur etmək üçün davam edən səylərinin bir hissəsidir", - əlavə edib
İttihamlar təsdiqlənərsə, “Red Bull” illik qlobal gəlirinin 10%-ə qədər cəriməsi ilə üzləşə bilər. Bu, Avstraliya brendinin Avropa tənzimləyiciləri ilə ilk toqquşması deyil. 2023-cü ildə şirkət artıq Aİ antiinhisar qanunlarını pozmaqda ittiham olunmuşdu.