Avropa Parlamentinin deputatları Belarusa buraxılmadı

Dünya

15.08.2020 - 11:15

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Sərhəd Komitəsinin nümayəndəsi deputatların ölkəyə buraxılmaması səbəbini açıqlamaqdan imtina edib

 

Avropa Parlamentinin Belarusla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Robert Bedron və qurumun ölkə üzrə daimi məruzəçisi, deputat Petras Auştryaviçiusun Belarusa girişinə icazə verilməyib. AYNA xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Belarus bürosu məlumat yayıb.

 

Belarusun Dövlət Sərhəd Komitəsinin nümayəndəsi Anton Bıçkovski deputatların ölkəyə buraxılmaması səbəbini açıqlamaqdan imtina edib.

 

Avropa Parlamentinin nümayəndələri seçkilərdən sonra Belarusdakı vəziyyəti qiymətləndirmək, həbs olunanlarla, hökumət rəsmiləri və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə danışıqlar üçün səfər planlaşdırıblar.

 

Deputatlar qeyd ediblər ki, bununla rəsmi Minsk hər hansı dialoq imkanından imtina etdiyini göstərir.

 

Qeyd edək ki, dünən Avropa Birliyi Belarus hakimiyyətinə qarşı sanksiyalar üzərində işləməyə başlayıb. Sanksiyaların seçkilərdə səsvermənin nəticələrinin saxtalaşdırılmasında iştirak edənlərə və etiraz aksiyaları zamanı zorakılığa əl atanlara qarşı tətbiq ediləcəyi gözlənilir.

 

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkinin rəsmi nəticəsinə görə, hazırda Prezident olan Aleksandr Lukaşenko 80 faizdən çox səs toplayaraq qalib gəlib. Belarus xalqı seçkinin nəticələrini tanımayaraq etiraz aksiyalarına başlayıb. 6 gündür davam edən aksiyalara ölkənin iri istehsalat müəssisələri də qoşulub. Belarus təhlükəsizlik xidmətinin əməkdaşları etirazçılara qarşı zorakılığa əl atıb, yüzlərlə vətəndaş yaralanıb. Ölkədə kütləvi həbslər həyata keçirilir. Prezidentliyə namizəd olmuş müxalif Svetlana Tixanovskaya hakimiyyətdən zorakılığı dayandırmağı, yeni demokratik seçki keçirməyi tələb edib. Xalq isə Lukaşenkonun istefaya səsləyərək, Tixanovskayaya səs verdiyini deyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş