Deputat: “Onuncu sanksiyalar paketi yəqin ki, sonuncu tədbir olacaq”
Avropa İttifaqı (Aİ) ölkələri arasında anti-Rusiya sanksiyaları məsələsində hələ də fikir ayrılıqları var. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) Fransadan olan deputatı Terri Marianin deyib.
Onun sözlərinə görə, onuncu sanksiyalar paketi yəqin ki, sonuncu tədbir olacaq.
“Ursula van der Leyen Rusiya-Ukrayna müharibəsinin başlamasının ildönümünü xüsusi tədbir şəklində qeyd etmək istəyirdi, lakin alınmadı. Aİ-də dərin fikir ayrılıqları var və onlar getdikcə daha aydın görünür”, - deputat vurğulayıb.
Mariani hesab edir ki, məsələn, Avstriya, Macarıstan və Slovakiya Rusiya qazının tədarükünün məhdudlaşdırılması mövzusundan yayınır. Bundan əlavə, Aİ hələ də uranın 19,7 faizini Rusiyadan idxal edir.
Deputatın sözlərinə görə, ABŞ rəsmiləri də utanırlar ki, ABŞ-ın atom elektrik stansiyaları tərəfindən istehlak edilən nüvə yanacağının 16 faizi Rusiyadan gəlir.
Qeyd edək ki, fevralın 25-də Aİ Rusiya KİV-lərinin işinə qadağalar və Rusiyanın fiziki və hüquqi şəxslərinə yeni məhdudiyyətlər qoyan onuncu anti-Rusiya sanksiyalar paketini təqdim edib.