AK Rusiya və ABŞ liderinin söhbətini Ukraynada sülh prosesinin başlanğıcı hesab edir
Avropa Komissiyası (AK) Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın telefon danışığını Ukraynadakı münaqişənin həlli üçün sülh prosesinin başlanğıcı hesab edir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə AK-nin rəsmi nümayəndəsi Paula Pinyo bildirib.
“Qeyd etmək vacibdir ki, bu, Ukraynadakı vəziyyəti nizamlamaq üçün sülh prosesinin başlanğıcıdır. Prezident Putinlə Prezident Tramp arasında dünənki zəng prosesin başlanğıcıdır”, o qeyd edib.