Avropa Komissiyası Avropa ölkələrini Kiyevə təhlükəsizlik zəmanəti verməyə çağlırdı

Dünya

11.12.2023 - 15:36

Cozef Borell: “Nazirlər mənə sammitdə təhlükəsizlik zəmanətlərimizi təqdim etmək səlahiyyəti verməlidirlər”

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinə Ukraynaya mütərəqqi təhlükəsizlik zəmanətləri verməyi və həmçinin hərbi yardımı artırmağı təklif edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosef Borrel deyib.

“Nazirlər mənə Aİ-nin 14-15 dekabr tarixlərində keçiriləcək sammitində təhlükəsizlik zəmanətlərimizi təqdim etmək səlahiyyəti verməlidirlər. Bu, əsasən Avropa Sülh Fondunun genişləndirilməsindən və Aİ ölkələri ilə Ukrayna arasında ikitərəfli sazişlərin əlaqələndirilməsindən ibarətdir”, - Borrell əlavə edib.

Müəllif: Ayna.az