“Sanksiyalar paketinə əsasən yeni siyahılar və ikili təyinatlı mallar ixrac edən daha çox şirkətə qadağa daxildir”
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketi əsasən simvolik xarakter daşıyacaq. AYNA xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən xəbər yayıb.
“Sanksiyalar paketinə əsasən yeni siyahılar və ikili təyinatlı mallar ixrac edən daha çox şirkətə qadağa daxildir”, - deyə diplomat qəzetə bildirib.
Nəşrin mənbələrinə görə, yeni məhdudiyyətlər paketini vaxtında çatdırmaq və Aİ-nin Ukraynanı dəstəkləmək üçün gördüyü son tədbirləri vurğulamaq daha yaxşı olardı.
Qeyd olunur ki, təkliflər arasında rusiyalı diplomatların yalnız akkreditə olunduğu ölkə ilə hərəkətinin məhdudlaşdırılması da var.