Avropa İttifaqının missiyası Ermənistanın üç şəhərində müşahidə məntəqələri açacaq

Dünya

07.06.2023 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

“Missiya əməliyyat imkanlarını tədricən maksimuma çatdırır”

Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Missiyası (EUMA) yaxın aylarda Cermuk, İcevan və Yeğeqnadzorda (Keşişkənd) üç əlavə məntəqə açmağı planlaşdırır. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Missiyanın internet səhifəsində məlumat yerləşdirilib.

Qeyd edilib ki, Missiya əməliyyat imkanlarını tədricən maksimuma çatdırır.

Bildirilib ki, iyunun 1-də Aİ-nin monitorinq missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupun üzvlərini qəbul ediblər. .

Ritter Missiyanın mandatı və fəaliyyətləri haqqında danışıb və patrul xidmətlərindən alınan müşahidələr əsasında yerlərdə təhlükəsizliklə bağlı inkişaflar barədə iştirakçılara məlumat verib.

“Bizim məqsədimiz digər məsələlərlə yanaşı, sərhədyanı ərazilərin təhlükəsizliyinin sabitləşməsinə töhfə verməkdir. Və bir çox erməni rəsmilərinin fikrincə, Aİ-nin Mülki Missiyası vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verib. Bununla belə, vəziyyət qeyri-sabit olaraq qalır”, - Ritter çıxışında qeyd edib.

Məlumatda vurğulanıb ki, Aİ-nin Ermənistandakı Mülki Missiyası bu il fevralın 20-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fəaliyyətə başlayıb və iki illik mandata malikdir. Missiyanın mülki heyətinin ümumi sayı təxminən 100 nəfərdən, o cümlədən, 50-yə yaxın silahsız müşahidəçidən asılıdır.

“Missiyanın operativ qərargahı Keşişkənddə yerləşir. Məqsədi Aİ-nin dəstəyi ilə Ermənistanın sərhədyanı rayonlarında vəziyyəti sabitləşdirmək, münaqişədən zərər çəkmiş ərazilərdə insanların etimadını və təhlükəsizliyini artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az