Avropa İttifaqının bəzi üzvləri Gürcüstana qarşı sanksiyalar təklif ediblər

Dünya

22.05.2024 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Məsələ gələn həftə Aİ üzvlərinin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq

Avropa İttifaqının (Aİ) bəzi üzvləri - Çexiya, İsveç, Hollandiya və Estoniya, ölkə parlamentinin “Xarici agentlər” haqqında qanunu qəbul etməsi ilə əlaqədar Avropa Komissiyasına Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi təklif edib. AYNA xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Tətbiq üçün təklif olunan tədbirlər arasında qanun layihəsinin müəlliflərinə qarşı məqsədyönlü sanksiyalar, Aİ fondlarından vəsaitlərin bir hissəsinin dondurulması və Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvi də var. Məhdudlaşdırıcı tədbirlərin yekun dəsti, eləcə də onların tətbiqi məsələsi gələn həftə Aİ üzvlərinin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, “Xarici agentlər” haqqında qanun layihəsinə görə Gürcüstan Aİ ölkələri ilə vizasız rejimi itirə bilər. O, Avropaya inteqrasiyanın “ləyaqətə əsaslanan” bir proses olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş